Qazaxıstanda 12 yük vaqonu relsdən çıxıb

Qazaxıstanda 12 yük vaqonu relsdən çıxıb

Qazaxıstanda Almatı-Otar dəmiryolu xəttində 12 yük vaqonu relsdən çıxıb.
 
Qazaxıstan KİV xəbər verir ki, hadisə Almatının Saz dəmiryol stansiyası yaxınlığında baş verib.
 
Məlumata görə, vaqonların resdən çıxması nəticəsində 8 sərnişin qatarının hərəkəti təxirə salınıb.
 
Qəzanın başvermə səbəbini araşdırmaq üçün komissiya yaradılıb.
 
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
 

Google+ WhatsApp ok.ru