Qazaxıstan Yutub, Feysbuk və Tvitteri qadağan edə bilər

Qazaxıstan Yutub, Feysbuk və Tvitteri qadağan edə bilər

-- Şərt yerinə yetirilməzsə

Qazaxıstan hökuməti Yutub, Feysbuk və Tvitter kimi məşhur sosial şəbəkələri ölkə ərazisində qadağan edə bilər.
 
Maide.Az “Islam-today”-a  istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Rabitə Nazirliyi yayıb. 
 
Nazirlik bu sosial şəbəkələrdən Qazaxıstan vətəndaşları üçün Demokratik Seçim Hərəkatının məlumatlarının bloklanmasını tələb edib.
 
Rəsmi Astana həmçinin Vkontakte, Odnoklasniki, Instagram,Teleqram kimi sosial şəbəkələrə də məktub göndərib.
 
Qeyd edək ki, Qazaxıstan məhkəməsi bundan öncə biznesmen Muxtar Ablyazovun Demokratik Seçim Hərəkatını ekstrimist təşkilat kimi tanıyıb.

Google+ WhatsApp ok.ru