Qazdan gələn gəlirlər “sıfır”dır

Qazdan gələn gəlirlər “sıfır”dır

Oqtay Haqverdiyev: "Görünür, hardasa səhvə yol veriblər"

2016-cı ilin yanvar-iyulunda Neft Fonduna “Şahdəniz” yatağından mənfəət qazı satışından 64 milyon dollar daxil olub.

“Turan” informasiya agentliyinin xəbərinə görə, Neft Fondu ikinci aydır ki, “Şahdəniz” yatağından gəlirlər qrafasında “sıfır” göstərir. Sonuncu dəfə bu ilin mayında oradan 19 milyon dollar gəldiyi qeyd edilib.

Agentliyin xəbərində bildirilir ki, hazırda “Şahdəniz 1″ layihəsi çərçivəsində mənfəət, yəni sutkada 30 milyon kubmetr qaz və 50 min kubmetr kondensat ”Şahdəniz-2″ layihəsi çərçivəsində iri investisiyaların ödənilməsinə xərclənir. Amma Hasilatın Pay Bölgüsü saziş şərtlərinə əsasən, dövlət və ya şirkətdən ötrüÿ”sıfır” mənfəət yolverilməzdir.

“Turan”ın bu barədə Neft Fonduna göndərdiyi sorğusuna cavab olaraq bildiriblər ki, SOCAR və BP qarşısında məsələ qaldırılıb və rəsmi cavab gözlənilir. Odur ki, hələlik neft şirkətlərinin bu məsələ ilə bağlı mövqeyi məlum deyil.

Neft Fondunun məlumatına görə, “Şahdəniz” yatağından hasilat başlayandan 2016-cı il avqustun 1-nə kimi mənfəət qazı satışından ona 2 milyard 506 milyon dollar gəlib.

Səhmdarlar isə BP (28,8 faiz ), TPAO (19 faiz ), Petronas (15,5 faiz ), SOCAR (10 faiz ), LUKoil (10 faiz), NICO (10 faiz ) və SGC (6,7 faiz ) şirkətidir.

İqtisadç-ekspert Oqtay Haqverdiyev deyir ki, ölkədə neftin hasilatı ildən-ilə azalır. Lakin bununla belə, tərəflər arasında bağlanan müqavilədə hasilatların pay bölgüsü mütləq nəzərə alınmalıdır. Yəni orda bu məsələnin bizim və ya onların xeyrinə olması müəyyənləşdirilməlidir.

Ekspert nəyinsə nəzərə alınmamasının mümkün olmadığını da qeyd edir: “Hasilatın azalıb çoxalmasından asılı olmayaraq, nə qədər məhsul çıxarıblarsa, ordakı payımız verilməlidir. Səhv etmirəmsə, ÿbizim payımız 11 faizdir və qarşı tərəf bunu verməlidir. Görünür, bu sahədə hansısa səhvə yol verilib və ümid edək ki, bu səhv düzəldilsin”. (azadliq.info) /

Google+ WhatsApp ok.ru