Qaz təchizatında məhdudiyyətlər olacaq

Qaz təchizatında məhdudiyyətlər olacaq

Siyəzən magistral qaz kəmərləri sahəsində təmir aparılacaq
 
Təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
 
Oktyabrın 12-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu'', “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam” ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Google+ WhatsApp ok.ru