Qeyri-iş günlərinin vaxtı açıldı

Gələn ilin bayram günləri açıqlandı. Noyabrın 21-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib.
 
Qərarda deyilir: "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
 
2015-ci ildə 20, 21, 22, 23, 24 mart - Novruz bayramı,
 
17, 18 iyul - Ramazan bayramı,
 
24, 25 sentyabr - Qurban bayramıdır.
 
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir”.

Google+ WhatsApp ok.ru