Qeyri-sabit hava şəraiti davam edəcək

İyunun 10-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz  23-25 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11,  gündüz 12-17 dərəcə isti olacaq.
 
 Qeyd edək ki, Departamentindən verilən xəbərə görə, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək. Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Google+ WhatsApp ok.ru