Qidadan zəhərlənənlərin sayı açıqlandı

Qidadan zəhərlənənlərin sayı açıqlandı

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb.
 
Maide.info xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
 
Mərkəzdən bildirilib ki, yanvar-mart ayları ərzində 8 botulizm hadisəsi baş verib. Nəticədə 15 nəfər zəhərlənib.
 
Təkcə bu ilin mart ayı ərzində 36 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 66 nəfər zərər çəkib.
 
Martda 1 botulizm hadisəsi baş verib ki, bundan da 1 nəfər zəhərlənib.
 
Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanan məhsullardan baş verib.
 
Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.
 

Google+ WhatsApp ok.ru