Qida idxalı asılılığı artır

Qida idxalı asılılığı artır

Gömrük Komitəsi xarici ticarətin əsas göstəricilərini açıqlayıb.
 
Maide.Az "contact.az"a istinadla xəbər verir ki, statistik məlumatlarda bu ilin yanvar-aprel aylarında yeyinti məhsulları üzrə idxal və ixrac əməliyyatında əvvəlki illərin eyni dövrü ilə müqayisədə ciddi dəyişiklıklərin olduğu nəzərə çarpır.
 
Belə ki, bu ilin yanvar-aprel aylarında keçən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixracı 12 644 ton (9,3 faiz) azalıb. Eyni zamanda meyvə-tərəvəz idxalı fiziki çəkidə 6,1 faiz, dəyər ifadəsində 10,7 faiz artıb.
 
Ümumilikdə bu ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas yeyinti məhsullarının idxalında həm fiziki çəkidə: həm də dəyər ifadəsində ciddi artımın olduğu müşahidə edilir  

Google+ WhatsApp ok.ru