Qlobal istiləşmə ‘El Nino’ hadisəsini gücləndirir 22 Oktyabr 2019 11:41 Xəbərlər Atmosferdə “El Nino” hadisəsinin baş verməsi havanı daha da istiləşdirir. 1901-ci ildən bu yana meydana gələn 33 “El Nino” hadisəsini araşdıran Havay Universitetinin alimləri bu qənaətə gəliblər. Əldə edilən nəticələrə görə, qlobal istiləşmə səbəbilə son illərdə baş verən "El Nino"lar daha da şiddətli olub. Güclü “El Nino”lar Hindistan və Avstraliya kimi ölkələrdə quraqlığa, Kaliforniya kimi yerlərdə isə sellərə səbəb ola bilər. Xatırladaq ki, 1997-1998-ci illərdə ABŞ-da təsirli olan "El Nino" hadisəsi ölkəyə 32 milyard dollar zərər vurmaqla qalmayıb, minlərlə insanın quraqlıq, sel, isti hava dalğaları və qasırğalar səbəbilə həyatını itirməsinə də səbəb olub. /“Yeni Sabah” Teqlər : #Qlobal,#istiləşmə,#‘El,#Nino’,#hadisəsini,#gücləndirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Putin və Makron Suriya problemini müzakirə etdi ‘İmam Əli (ə)- İman və əməl’ adlı beynəlxalq konfrans keçirilib