QMİ zəvvarların aldanması məsələsinə açıqlama verdi

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova şeyxin adamlarının zəvvarları aldatması ilə bağlı yayılan xəbərə münasibət bildirib. R. Dadaşova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Həcc ziyarəti ilə bağlı hər bir şey qaydasındadır:
 
“QMİ nümayəndələri  Həccin qaydalarını, bütün dini məsələləri çox gözəl bilən insanlardır. Bu qaydaların həyata  keçirilməsinə də məsuldurlar. Odur ki, heç bir problemdən söhbət gedə bilməz. Sadəcə bizim təşkilatçılıq işimizə qara yaxmaq üçün belə məlumatlar yayılır”.
 
R. Dadaşova zəvvarlara verilən yeməklərin keyfiyyətsiz olması ilə bağlı deyilən fikirlərə də münasibət bildirib.
 
Onun sözlərinə görə, bu il 4000-ə yaxın adam Həcc ziyarətinə gedib: “ O qədər adamın hər birinin öz yemək zövqü var. Kimsə əlavə bir şey yemək istəyibsə, gedib kənarda yeyə bilər. Ümumilikdə isə, zəvvarlara çox yüksək keyfiyyətli yeməklər verilir. Belə xırda məqamlarla bu cür gözəl ziyarəti ləkələmək doğru deyildir”. /

 

Google+ WhatsApp ok.ru