Qobustanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirildi

Qobustanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirildi

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
 
Maide.Az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.
 
Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.
 
Ailə üzvləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru