Qobustan həbsxanasında kütləvi intihara cəhd

Həbsxananın yeni rəisi dustaqların üstünə it qısqırdır

Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb.  Həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar. Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.

Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Rövşən Niyazov məhbuslarla sərt şəkildə davrannır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.

R. Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.

Məsələ ilə bağlı “Qafqazinfo” Penitensiar Xidmətin Mətbuat Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildiriblər ki, onlara belə bir məlumat daxil olmayıb.

Xatırladaq ki, bir müddət öncə Qobustan həbsxanasının məhbusları aclıq aksiyası keçiriblər. Məhbus valideynləri bu məlumatı verib. Onların sözlərinə görə, məhbuslar saxlanma şəraitindən və qida rasionundan narazılığa, eləcə də vaxtaşırı işgəncəyə məruz qaldıqlarına görə aksiyaya qatılıblar. Lakin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, Qobustan həbsxanasında aclıq aksiyası keçirilməsi ilə bağlı onlara rəsmi müraciət olunmayıb: «Qobustan həbsxanasında məhkumların aclıq aksiyası keçirməsi  barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla bağlı müəssisəyə, xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb" faktxeber/

Google+ WhatsApp ok.ru