İşıq pulu yeni üsulla ödənəcək

Mobil telefon istifadəçiləri üçün yeni xidmət istifadəyə verilib

“Bakıelektrikşəbəkə” ASC yeni layihəyə start verib. Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilən “BesMobile” proqramı smart və android tipli mobil istifadəçilərin marağına səbəb olacaq.
Maide.az-ın məlumatına görə, “Bakıelektrikşəbəkə”dən bildiriblər ki, abonentlər bu proqramı mobil telefona yükləməklə borclarını, fakturalarını, ödəmələrini həyata keçirə biləcək, həmçinin, elektron müraciətdən yararlanacaqlar.

Yeni proqram “PlayStore”dan mobil telefona IOS Apple Storehttps://itunes.apple.com/us/app/besmobile/id884508403?ls=1&mt=8 və Android Playstore https://play.google.com/store/apps/details?id=air.net.fullflash.beshmobile linkləri vasitəsilə ödənişsiz yüklənilir. /

Google+ WhatsApp ok.ru