Qısamüddətli yağış yağacaq, isti olacaq

İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında iyunun 26-da əsasən hava yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq. 

Google+ WhatsApp ok.ru