İqtisadi böhran Azərbaycan ordusunun reytinqini aşağı salıb

Azərbaycan ordusu ilin əvvəlindən Global Firepower hərbi-təhqiqat portalının “Güc reytinqi”ndə 13 bənd itirərək 50-ci yerdən 63-ə enib.
 
Ötən gün açıqlanan hesabatda 50 amil nəzərə alınıb. Bura ordunun quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları da daxildir. Onların malik olduqları iqtisadi resurslar və onlaın coğrafi vəziyyəti də nəzərə alınır.
 
Gələcəkdə ÜDM-in, valyuta ehtiyatlarının, neft hasilatının, hərbi xərclərin  azalması ilə əlaqədar Azərbaycanın reytinqi pisləşə bilər.
 
Bununla belə, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü ordu olaraq qalır (Gürcüstan 70-ci yer, Ermənistan 74), hətta bir sıra Mərkəzi  Asiya (Qazxıstan 66, Qırğızıstan 78, Tacikistan 81, Trükmənistan 90) üstələyir.
 
Güclü ordular siyahısında ilk onluğa ABŞ, Rusiya, ÇXR, Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya, Türkiyə daxildir.
 
Döyüşən Ukrayna ordusu reytinqdə 4 bənd itirərək 21-ci yerdən 25-e enib. Belarus 45-ci yeri tutub.
 
126 ölkəni əhatə edən reytinqi Somali, Mozambik, Mali tamamlayır. contakt /

Google+ WhatsApp ok.ru