Qubad İbadoğlu sükutu pozdu- “Bu, şübhələrimizi bir az da artırdı”

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Müsavat Partiyasının üzvü Qubad İbadoğlu tərəfindən 11 oktyabr 2014-cü il tarixdə imzalanan Arayışla bağlı Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası rəy bildirib.
 
Qubad İbadoğlu MNTK-nın verdiyi rəylə bağlı “Qafqazinfo” ya açıqlama verib. O bildirib ki, MNTK-nın arayışa verdiyi rəy öyrənilir: "Mütəxəssislər məsələni araşdırır. Biz bu sənədlə bağlı yekun mövqeyimizi və bundan sonrakı fəaliyyət planları ilə əlaqədar təkliflərimizi noyabrın 8-də saat 17:00-da Müsavat Partiyasının qərargahında keçirəcəyimiz görüşdə təqdim edəcəyik. Bizim müşahidələrimiz və gözləntilərimiz özünü doğrultdu. MNTK-nın verdiyi rəy onun həm peşəkarlığına, həm də müstəqilliyinə dair olan şübhələrimizi bir az da artırdı”.
 
Q. İbadoğlu əlavə edib ki, növbəti dövlərdə fəaliyyət planının müzakirəsində fraksiya yaratmaq təklifi də var: “Amma hazırda belə bir fraksiya yaradılmasını nəzərdə tutulmur”. /

 

Google+ WhatsApp ok.ru