Quba rayonunda yolları buz bağladı - FOTO

Maide.azreport.az-a istinadən xəbər verir ki, Quba rayonunda ötən gündən başlayaraq yağan qar bir sıra çətinlik yaradıb.
Rayon mərkəzinə 3-5 santimetr qar yağsa da, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən kəndlərə 40-45 santimetr qar yağıb. Quba rayonunun dağlıq və dağətəyi kəndlərinə gedən yollar buz bağladığı üçün gediş-gəliş çətinləşib.
Qeyd edək ki, Quba-Qonaqkənd, Söhüb, Adur, Xaltan, Buduq , Zeyid və Quba-Xınalıq istiqamətində olan yollar buz bağlayıb və yolda avtomobillərin hərəkəti üçün təhlükə yaranıb./
 

Google+ WhatsApp ok.ru