Quba yəhudisi olan Qod Nisanov azərbaycanlılara namaz qılmağı qadağan edib

Quba yəhudisi olan Qod Nisanov azərbaycanlılara namaz qılmağı qadağan edib

Azərbaycan (Quba) yəhudisi olan Qod Nisanova məxsus “Fud Siti” bazarında Azərbaycanlılara namaz qılmaq qadağan olunub.
 
Maide.Az "İnterpress.az"a istinadla xəbər verir ki, Rusiyada yaşayan milliyətcə Azərbaycan (Quba) yəhudisi olan Qod Nisanova məxsus “Fud Siti” bazarında Azərbaycanlılara namaz qılmaq qadağan olunub.
 
İbadət edən həmvətənlərimiz muhafizə xidməti tərəfindən ilk dəfə 5000 rubl, ikinci dəfə ibadət etdiyi bilinərsə 10.000 rubl məbləğində cərimə edilir. Namaz qılan şəxs üçüncü dəfə ibadət vaxtı tutularsa onda həmin şəxsin şəkli təhlükəsizlik işçiləri arasında paylanılır və onun bazara buraxılması qadağan edilir. 
 
Qeyd edək ki, Qod Nisanov Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı, "Dostluq" və "3-cü dərəcəli vətənə xidmət" ordenləri ilə təltif edilib. Belə olduğu halda onun belə bir addım atmağı təssüf doğurur. 
 

 

Google+ WhatsApp ok.ru