Qızıl və gümüşdən hazırlanmış dünyanın ən böyük Quranı – FOTO

Qızıl və gümüşdən hazırlanmış dünyanın ən böyük Quranı – FOTO

Qızıl və gümüşdən hazırlanmış dünyanın ən böyük Quranının təqdimatı keçirilib.
 
Maide.Az xəbər verir ki, təqdimat mərasimində Ayətullah Cavadi Amuli və Ayətullah Məkarim Şirasi iştirak edib.  
 
Bu nəfis Quran nüsxəsinin təqdimatı İranın Qum şəhərində beynəlxalq elm və sirlər xəzinəsi adlı fondun mərkəzində təşkil olunub. 
 
Bu Quran, iranlı xəttat Əkbər Xanzadə tərəfindən yazılb və tanınmış sənətkar ustad Əsgəri tərəfindən qızıl və gümüş üzərinə işlənilib.
 
Bu Quran 2 il müddətində hazırlanıb. Quranın hazırlanmasında xalis qızıl, gümüş və misdən istifadə olunub. 
 
Quranın ölçüsü  91*141.6 santimetrdir. 
 
Hazırlanan Quran nüsxəsinin dünyada oxşarının olmadığı bildirilir. (tasnimnews)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru