Qışın `istilik dərdi`

Qışın `istilik dərdi`

"Novoye Vremya" qəzetində isə "Qışda mənzillərimiz isti olacaqmı?" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif deyir ki, havaların soyuması ilə mənzillərin qızdırılması məsələsində "qaz olacaqmı?" sualının düşüncədən gündəmə kimi bütöv bir müstəvini əhatə edir: "Soyuqlar artdıqca qazın təzyiqi də azalır, Bakı, Sumqayıt, Abşeronda artıq qazın aşağı təzyiqlə gəlməsindən yox, bir neçə gündür ki,verilməməsindən şikayət edirlər".
 
Müəllif deyir ki, hələ indidən soyuqlar mənzillərdə istilik verilməsinə ehtiyac yaradıb, odur ki, mərkəzləşdirilmiş qızdırıcı sistemin necə işləyəcəyi də bir məsələdir: "Yenə də qızdırılma sisteminin qapını kəsdiyi vaxt məlum olur ki, "Azəristiliktəchizat" "Azəriqaz" a borcludur və 89,532 milyon manat borcu ödəməyi tələb edir".
 
Bundan irəli gələrək müəllif bu qurumun bu il də əhaliyə səmərəli xidmət göstərəcyinə inamsızlıq bildirir, "Azəriqaz"ın qazın ancaq borcu olmayan istilik qazanxanalarına veriləcəyi barədə bəyanatını xatırladır.
 
Müəllif daha bir problem kimi ölkədəki qaz ehtiyatının qış mövsümündə əhalinin tələbatını ödəyə bilməsini nəzərə çatdırır və deyir ki, buna əsas neft şirkətinin əhainin istehlakı üçün konsorsiumdan qazı dollarla almasıdır.
 
Müəllif həm də xatırladır ki, elə bununla bağlı bu ilin əvvəlində qazın əhaliyə satış tarifi qaldırılıb: "Bu il sentyabrın 1-nə yeraltı qaz anbarlarında 1,4 milyard kubmetr qaz ehtiyatı var, keçən il isə bu həcm 2,2 milyard kubmetr idi".
 
Müəllif bu məsələ ilə bağlı daha bir neçə rəsmi statistik rəqəm nümunə gətirərək ilbəil qaz ehtiyatının azaldığını bildirir, odur ki, qaza tələbatın yarandığı soyuq mövsümlər fəslində qazı artırmaq lazım gələndə qaz sahəsi işçiləri bütün qış mövsümündə qaza qənaət edirlər.(contact.az)
 

Google+ WhatsApp ok.ru