Qəfil geomaqnit qasırğası başlayıb 27 Mart 2017 01:00 Xəbərlər Bu gün qəfil geomaqnit qasırğası başlayıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək. Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH). / Teqlər : #Qəfil geomaqnit qasırğası başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Penitensiar Xidmət İlqar Məmmədovun istəyinə münasibət bildirdi Britaniyada Quran araşdırmaları üzrə beynəlxalq konfrans keçiriləcək