İrəvanda mitinq

İrəvanın mərkəzində, Azadlıq meydanında  konstitusiya islahatları əleyhinə mitinq keçirilir.
 
APA-nın news.am-a istinadən verdiyi məlumata görə, mitinq iştirakçılarının əksəriyyəti əllərində “Yox” plakatını tutublar.
 
Mitinqdə iki müxalifət partiyası - Erməni Milli Konqresi və “İrs” partiyasının nümayəndələri  çıxış edəcəklər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər. Mitinqdən sonra yürüşün keçirilməsi nəzərdə tutulub.  /

Google+ WhatsApp ok.ru