Ramazan ayında açıq kilsə qapıları

Ramazan ayında açıq kilsə qapıları

-- kilsədə müsəlmanlar və digər dinlərin davamçıları xeyriyyə işləri, tibbi xidmətlər...

ABŞ-da kilsələr mübarək Ramazan ayı münasibəti ilə qapılarını müsəlmanların və yəhudilərin üzünə açıq elan edib. 
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, ABŞ-ın Virciniya əyalətinin Arlinqton şəhərinin "Müvəhhidin" kilsəsi dörd ildir ki, "qonşularını sev" şüarı ilə öz qapılarını səmavi dinlərin, İslam, Yəhudilik və Məsihilik ardıcıllarının üzünü açıq elan edib. 
 
Virciniya əyalətinin Arlinqton şəhərinin müsəlmanları son dörd il ərzində hər həftə Cümə namazlarını bu kilsədə qılırlar.
 
Həmçinin müsəlmanlar mübarək Ramazan ayının gəlişi ilə hər gecə Şam (Məğrib) və Xüftən (İşa) namazlarını bu kilsədə qılırlar. Bu kilsədə namaz qılanlar dini proqramların icrasından sonra İftar süfrəsinə qonaq olur.
 
Əlbəttə müsəlmanlar bu kilsədə təkcə dua və namaz qılmaq üçün gəlmir. Onlar həm də dini bayramlarını və digər dini mərasimlərini kilsədə qeyd edirlər.
 
Bu kilsədə müsəlmanlar və digər dinlərin davamçıları xeyriyyə işləri, tibbi xidmətlər, irqçiliklə mübarizə kimi mədəni və maarifləndirici işlər də görürlər.     
 

Google+ WhatsApp ok.ru