Ramazanın ilk 10 günündə Kəbəni 8 milyon insan ziyarət edib 29 İyun 2015 01:00 Xəbərlər Ramazan ayında müqəddəs Kəbəni ziyarət edənlərin sayı çoxalıb. Maide.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Dairəsi Məkkə bölgəsi müdiri Salah Sakr məlumat verib. Onun sözlərinə görə, Ümrə ziyarəti də daxil olmaqla bu il Ramazan ayının ilk 10 günündə Kəbəyə ibadət üçün gələnlərin sayı 8 milyonu keçib. Bu rəqəm isə ötən ilə nisbətən 49 faiz çoxdur. Sakr sözlərinə əlavə edib ki, Kəbəyə gələnləri daşımaq üçün 38 min avtomobil xidmət göstərir. Salah Sakr sonda Ramazan ayı ərzində 25 milyon insanın ziyarət etməsi üçün planlar edildiyini bildirib./ Teqlər : #Ramazanın ilk 10 günündə Kəbəni 8 milyon insan ziyarət edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və Ermənistan prezidentləri görüşəcək Metropoliten sədrinin müavini işdən çıxarıldı