Ramiz Mehdiyev müəmması davam edir

PA rəhbəri Ilham Əliyevin iştirakı ilə keçirilən konfransda da görünmədi

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev ölkə başçısı Ilham Əliyevin iştirakı ilə keçirilən regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da görünməyib.

Bununla da Ramiz Mehdiyevin ölkədə olmaması barədə deyilənlərin yenidən gündəmə gəlməsinə səbəb olub. Qeyd edək ki, PA rəhbərinin mərhum Heydər Əliyevin anım mərasiminə qatılmamasından sonra onun ölkədən getməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilir ki, Ramiz Mehdiyev səhhətində yaranmış problemlərlə bağlı Avropa ölkələrindən birinə gedib. Bəzi məlumatlara görə, o, Almaniyada müalicə olunur.

Yayılan məlumatlar indiyə qədər rəsmi şəkildə təkzib olunmayıb.azadliq.info /

Google+ WhatsApp ok.ru