İran ABŞ məhsullarının idxalına qadağa qoymağa hazırlaşır

İran ABŞ məhsullarının idxalına qadağa qoymağa hazırlaşır

ABŞ Senatında İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsindən sonra İran əks addımlar atmağa hazırlaşır.
 
Parlamentdə 145 millət vəkilinin imzası ilə ABŞ istehsalı olan məhsulların idxalının qadağan olunması haqqında qanun layihəsi hazırlanıb. Parlamentinin “Ümid” fraksiyasının sədr müavini Məhəmmədrza Tabeş deyib ki, layihə parlament komissiyalarında müzakirə olunaraq təkmilləşdiriləcək: “Gözlənilir ki, parlament nümayəndələri layihənin qəbuluna səs verəcəklər”.(apa)
 

Google+ WhatsApp ok.ru