İran Azərbaycan və Gürcüstan ərazisi ilə Ukraynadan taxıl idxal etmək istəyir

İran Azərbaycan və Gürcüstan ərazisi ilə Ukraynadan taxıl idxal etmək, əvəzində isə neft məhsulları göndərmək niyyətindədir.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. 
 
Onun sözlərinə görə, Ukrayna İrana yüklərin daşınmasında maraqlıdır. 
O, deyib ki, çünki İranda taxıl istehsalı olduqca aşağı səviyyədədir və bu ölkə taxılı Ukrayna və Qazaxıstandan idxal edir. 
 
C.Qurbanovun bildirdiyinə görə, Ukrayna bu məhsulları Gürcüstandan keçməklə bizim üzərimizdən İrana daşımaq fikrindədir. 
 
“Söhbət təxminən 2-3 milyon ton həcmində yükdən gedir. 
 
Bundan başqa, Ukrayna İrandan enerji daşıyıcılarını bizim üzərimizdən daşımaq fikrindədir” - deyə, C.Qurbanov bildirib./
 

 

Google+ WhatsApp ok.ru