İran Azərbaycanla turizm əlaqələrini bərpa etmək niyyətindədir

İran Azərbaycanla turizm əlaqələrini bərpa etmək niyyətindədir

“Rəsmi Tehran iyul ayının sonunda Bakı ilə turizm əlaqələrini bərpa etmək niyyətindədir”. 
 
Maide.Az xəbər verir ki, bunu APA-nın Tehran bürosuna İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının turizm məsələləri üzrə sədr müavini Vəliyullah Teymuri deyib.
 
O deyib ki, iyul ayının 20-dən sonra turistlərin gediş-gəlişi mümkün ola bilər: “Ümid edirik ki, həmin tarixdən Azərbaycan və İran arasında turistlərin gediş gəlişini təmin edə biləcəyik”.
 
O deyib ki, həm Azərbaycan, həm də İran tərəfi səhiyyə protokollarına əməl edərək  sərhədlərin açılmasına razıdır.

Google+ WhatsApp ok.ru