İranda 3 gün matəm elan olunub

İranda 3 gün matəm elan olunub

Xəbər verdiyimiz kimi, bu gün İranın tanınmış siyasi xadimi, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib. 
 
Maide.Az xəbər verir ki, bu münasibətlə İran prezidenti Həsən Ruhani ölkədə 3 gün matəm və yanvar ayının 10-nu isə ölkə üzrə tətil elan edib. 
 
Onun dəfn mərasimi həftənin ikinci günü baş tutacaq. Mərhum Qumda həzrət Məsumənin (s) hərəmində dəfn olunacaq. 
 
Hazırda İranın bütün məsul şəxsləri Camaran hüseyniyyəsində mərhum president Əli Əkbər Haşimi Rəfsəncaninin cənazəsinin saxlandığı yerə gəlib və onunla vidalaşırlar. 
 

Google+ WhatsApp ok.ru