İranda 5,0 bal gücündə zəlzələ baş verib

İranın cənub-qərbində Rixter şkalası üzrə 5,0 bal gücündə zəlzələ baş verib.
 
Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla saat 22:53-də baş verib.
 
Yeraltı təkanların episentri Firuzabad şəhərindən 61 km aralıqda yerləşib. Təbii fəlakətin ocağı 31,9 km dərinlikdə qeydə alınıb./

Google+ WhatsApp ok.ru