İrandan Azərbaycana  ixracat həcmi artıb

İrandan Azərbaycana ixracat həcmi artıb

 
İrandan Azərbaycana ixracatın  həcmi yetmiş faiz artıb,Azərbaycandan İran isə ixracatın həcmi  56 faiz azalıb.  Bunu İran və Azərbaycan müştərək ticarət otağının sədri  Bəhruz  Poosuleyman deyib. 
 
Maide.Az  "İSNA"a istinadən xəbər verir ki, B.Poosuleyman deyib ki, 2018-ci ilin  mart ayının 21 -dən iyun ayının 21-dək İrandan Azərbaycana on dörd milyon dollar dəyərində məhsul ixrac olunub. Bu 2017-ci ilin eyni dövrü ilə müqayisədə 70 faiz artım deməkdir. Bu rəqəm həmin dövrdə 8 milyon dollar təşkil edib.  "Çəki baxımından ixrac olunan məhsul ötən il on altı min ton təşkil edib, bu isə  cari ildə qırx min tona çatıb."
 
İran ilə Azərbaycan arasında dörd sərhəd-keçid məntəqəsi ( Şahtaxtı-Poldəşt, Culfa, Biləsuvar və Astara) fəaliyyət göstərir. 

 

Google+ WhatsApp ok.ru