İranda neft-kimya zavodunda yanğın - FOTO

İranda neft-kimya zavodunda yanğın - FOTO

İranın Mahşər limanında  "Bu Əli Sina" neft-kimya zavodunda güclü yanğın baş verib.
 
Maide.Az Mehr agentliyinə istinadən xəbər verir ki, yanğın  bu gün başlayıb.  Yanğın söndürmək üçün müxtəlif şəhərlərdən yanğın söndürənlər cəlb olunub. Yanğın söndürlməzə neft-kimya zavodunun digər bölmələrinə də keçəcəyi ehtimal olunur.
 
Bu Əli Sina  neft – kimya zavodu  Xuzestan əyalətində  İmam Xomeyni (rə) adına  iqtisadi zonada  36 hektar ərazidə yerləşir. 
 
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
 
Zavod işçiləri hamısı  təxliyə olunub və hadisə nəticəsində xəsarət alan yoxdur.  
 

null
null

 

 

 

Google+ WhatsApp ok.ru