İranda sel nəticsəində 4 nəfər ölüb, 2 nəfər itgin düşüb

İranın qərbində baş vermiş yağıntılar nəticsəndə  seldə  4 nəfər ölüb, 2 nfəər itgin düşüb. 
 
Maide.az xəbər verir ki, bunu İranın təcili tibbi yardım xidmətinin sədri Əmin Sabiriniya deyib.
 
O, deyib ki,  sel ölkənin  9 əyalətində  fəsadlar törədib. “Sel İlam, Lorestan əyalətlərində və Xuzestan əyalətinin  Dezful şəhərində daha çox ziyan vurub. Ölənlərdən  2 nəfəri kişi, 1 qadın və bir uşaqdır. Ümumilikdə 9 əyalətdə 9 nəfər yaralanıb. 
 
Qeyd edək ki, Lorestan, İlam, Kirmanşah, Fars,  Xuzestan, Çaharmahal və Bəxtiyari, Həmədan, Kürdüstan və Şərqi Azərbaycan əyalətlərində sel və daşqınlar sakinlərə problemlər yaradıb, küçə və xiyabanları su basıb. Hakimiyyət orqanları 540 nəfərə yardım göstərib.
 
Daşqınlar və uçqun nəticəsində cənub bölgəsi istiqamətində hərəkət edən bütün qatarların hərəkəti dayandırılmışdı.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru