İranda təhsil alan azərbaycanlı tələbələr ‘20 yanvar’ şəhidlərini belə yad etdi - ّFOTO

İranda təhsil alan azərbaycanlı tələbələr ‘20 yanvar’ şəhidlərini belə yad etdi - ّFOTO

İran İslam Respublikasının Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr "20 Yanvar" faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçiriblər. 
 
Maide.Az xəbər verir ki, İmam Xomeyni (r.ə) adına mədrəsədə təşkil olunan tədbirdə  “20 Yanvar” şəhidlərinin xatirəsini andıran fotosərgi təşkil olunub. Həmçinin faciəni əks etdirən görüntülər və yazılar mədrəsinin divarlarına vurulub.
Tələbələr  faciə qurbanlarının  xatirəsini yad edərək anım tədbiri keçiriblər. 
 
Tədbirdə çıxış edənlər “20 Yanvar” faciəsinin tarixi, Azərbaycan xalqının başına gətirilən müsibətlər, həmçinin Qarabağ və işğal olunmuş Azərbaycan əraziləri barədə məlumat veriblər. 
 
Qeyd edək ki, İmam Xomeyni (r.ə) adına mədrəsədə  dünyanın 136 ölkəsindən əcnəbi tələbələr dərs alır. Tədbirin sonunda "20 Yanvar" faciəsi ilə bağlı film nümayiş olunub.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru