İran Ermənistanın İsraildə səfirlik açması haqda bəyanat verib

İran Ermənistanın İsraildə səfirlik açması haqda bəyanat verib

İran İslam Respublikası Xarici işlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Ermənistanın Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması barədə bəyanat verib. 
 
Maide.Az "Tasnim"-ə istinadla xəbər verir ki, S.Xətibzadənin bəyanatında bildirilir:  "Saxta və qəsbkar bir rejim 70 ildən artıqdır ki, fələstinlilərin torpaqlarında zülm edir və bu qəsbkar rejim nəinki həmin ölkəyə, ümumiyyətlə bu tarixi və qədim regiona aid deyil. Son bir neçə ayda Ermənistan dövlətinə bu məsələ xatırladılıb və Ermənistanın müvəqqəti işlər vəkili xarici işlər nazirliyinə çağırılıb və ona deyilib ki, Qüdsü işğal edən rejimin nə işğal olunmuş ərazilərdə və nə də bu regionda yeri yoxdur."
 
İran XİN sözçüsü bu hadisələrin Qarabağ münaqişəsinə təsiri barədə bildirib ki, bizim baxışımız daim aydın olub. "Bu regionda heç bir münaqişə hərbi yol ilə həll olunmayacaq, Azərbaycan və Ermənistan dövlətləri ilə təmasdayıq və öz fikirlərimizi bildirmişik. Həmçinin heç bir kənar güclər Allaha xatir və xoşniyyətlə regiona gəlmirlər. Bu münaqişənin ən yaxşı həl yolu regional həlldir. İran dəfələrlə kömək edib və problemin həll olunması üçün yenə də kömək edəcək.”

Google+ WhatsApp ok.ru