İran kənd təsərrüfatı məhsullarını azərbaycanlı iş adamları vasitəsilə Rusiya bazarına çıxarmaq niyyətindədir

Bu həftə Azərbaycanın nümayəndə heyəti İranın Araz azad iqtisadi zonasına səfər edəcək.
 
Bunu APA-nın İran bürosuna açıqlamasında Araz azad iqtisadi zonası təşkilatının baş direktoru Möhsin Xadim Ərəbbaği bildirib.
 
Baş direktor qeyd edib ki, nümayəndə heyəti səfər çərçivəsində iqtisadi zonanın investisiya imkanları ilə tanış olacaq. Onun sözlərinə görə, müzakirə olunacaq önəmli məsələlərdən biri İranın ərzaq və kənd təsərrüfatı məhsullarını Azərbaycanlı iş adamları vasitəsi ilə Rusiya bazarına ixrac etmək məsələsidir. /

Google+ WhatsApp ok.ru