İranın ən böyük avtomobil şirkəti Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır 07 Fevral 2016 02:00 Ölkə İranın ən böyük avtomobil istehsalı şirkəti olan “İran Khodro" (IKCO) Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır. Bunu APA-nın İran müxbirinə açıqlamasında “İran Khodro"nun direktoru Haşım Yeke Zare deyib. O, ümid etdiyini bildirib ki, İranın özəl şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı məsələ tezliklə həllini tapacaq və əlaqələr güclənəcək. “Biz planlaşdırırıq ki, Azərbaycanda müştərək avtomobil istehsalında yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə “İran Khodro təmin etsin. “İran Khodro”nun 20 faiz sərmayəsi əsasən servis və texniki xidmətlər sahəsində olacaq”. Fransanın böyük avtomobil şirkətlərinin İrana yatıracaq sərmayələr haqqında danışan H. Y. Zare bildirib ki, Fransanın “Peugeot” şirkəti ilə müştərək şirkət təsis edəcəklər: “Bu şirkətin payının 50 faizi İranın, 50 faizi isə Fransanın olacaq. 4 ildən sonra isə həmin şirkət “İran Khodro” üçün müstəqil zavoda çevriləcək”. Onun sözlərinə görə, “Peugeot” şirkəti ilə imzalanmış müqavilənin dəyəri 500 milyon avrodur: “Tezliklə 15 min ədəd avtomobilin istehsalına başlanılacaq, gələcəkdə bu rəqəm 200 min ədəd avtomobilə çatacaq”. H. Y. Zare deyib ki, tezliklə “Fiat” şirkəti ilə də müqavilə imzalamaq məqsədi ilə danışıqlara başlayacaqlar: ““Fiat" müqavilə imzalamağa hazır olduğunu bildirib”. “İran Khodro” şirkətinin direktoru “Mercedes-Benz” şirkətinin də İran bazarında aktiv iştirak etməyə maraqlı olduğunu vurğulayıb. O əlavə edib ki, hazırda İranın “Saipa” şirkəti ilə “Renault” şirkəti arasında da danışıqlar gedir: “Bu şirkətlər arasında müqavilə imzalandıqdan sonra “Renault” ilə də əməkdaşlığımızı davam etdirəcəyik”. / Teqlər : #İranın ən böyük avtomobil şirkəti Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?» Sabah Bakıda sulu qar, rayonlarda qar yağacaq, bəzi yerlərdə intensiv olacaq