İranın  Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi müdafiə nazirinə təqdim olunub

İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi müdafiə nazirinə təqdim olunub

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Müdafiə Naziri General-polkovnik Zakir Həsənovla görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyindən Maide.Az-a bildirilib. 
 
Görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub, həmçinin bölgədəki siyasi və hərbi dəyişikliklər haqqında fikir mübadiləsi aparılıb.
 
İranın Azərbaycandakı səfiri Möhsin Pakayin   ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini nazir Z.Həsənova təqdim edib. 
 
General-polkovnik Z.Həsənov  Azərbaycan və İran arasında əlaqələrin genişlənməsinin zəruriliyindən danışıb və ölkəmizə yeni təyin olunmuş hərbi ateşe Əli Seyfiyə yeni işində uğurlar arzulayıb. 
 

Google+ WhatsApp ok.ru