İranının Bakıdakı səfiri və səfirliyin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO

İranının Bakıdakı səfiri və səfirliyin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO

Bu gün İranının Bakıdakı səfiri və səfirliyin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər. 
 
Maide.Az -ın məlumatına görə, səfirlik əməkdaşları Azərbaycan bayrağına və Şəhidlərimizə ehtiramlarını bildiriblər.
 
Jurnalistlərə açıqlama verən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib ki, bu gün Azərbaycan Respublikasında  bayraq günüdür və bu gün tarixi və önəmli şəhər olan Şuşa şəhərinin işğaldan azad olması ilə üst -üstə düşüb. "Bu münasibətlə mən Şəhidlər xiyabanını ziyarət etdim. Bütün şəhidləri o cümlədən Qarabağ şəhidlərini ziyarət edib onların xatirəsini andım. İran İslam Respublikası  ən yüksək səviyyədə həm rəsmi şəkildə elan edərək həm də  əməldə Azərbaycan dövləti və xalqının yanında durdu və Azərbaycana olan dəstəyini davam etdirəcək. Ümid  edirəm ki, Azərbaycan Respublikasının işğal olunmuş bütün əraziləri azad olacaq və biz tezliklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam şəkildə təmin olunmasını  görəcəyik. İnşallah iki qonşu ölkə Azərbaycan və İran sülh və dostluq atmasferasında bir-biri ilə əməkdaşlığını artıracaq. Mən bu gün Qarabağ şəhidlərini anmaq üçün şəhidlər xiyabanına gəlmişəm.  Bütün şəhid ailələrinə salam deyirəm və bütün şəhidlər üçün uca yaradanandan ən yüksək məqamları diləyirəm.  Azərbaycanın işğal olunmuş  ərazisi o cümlədən müsəlman ölkəsi  Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın azadlığını Allahdan istəyirik.  Necəki  Ali Rəhbər Ayətullah Xamenei bildirib: "İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır". Əlbətdə çox yaxşı olardı ki, bu torpaqlar sülh və müzakirə yolu ilə qaytarılardı lakin işğalçılar  qane olmadığı üçün Azərbaycan dövləti məcbur olub müharibə ilə öz torpaqlarını  azad edir.  İslam Respublikası işğalçılığı  və separatizmi qəbul etmir və bu İran üçün qırmızı xəttdir və həmişə də bu mövqeyimizə təkid etmişik."
 
 
 

Google+ WhatsApp ok.ru