İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycana səfər edir

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı general-mayor Qasim Rzai Azərbaycana səfər edir. 

Maide.az İran səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səfər martın 8-də baş tutacaq.  Q.Rzainin başçılıq etdiyi nümayəndə heyətinin üç günlük səfəri  Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə baş tutur. 

Səfər zamanı  iki tərəfli görüşlərdən başqa həmdə Azərbaycan, İran və Rusiya sərhəd komandanlarının  üç tərəfli görüşü keçiriləcək. 

Görüşdə sərhədlərdə müştərək təhlükələrlə mübarizə yolları, narkotiklərlə, qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə  mübarizə yolları müzakirə olunacaq. /

 

 

Google+ WhatsApp ok.ru