İranın XİN başçısı Bakı və Naxçıvana səfər edəcək

İranın XİN başçısı Bakı və Naxçıvana səfər edəcək

-- Aprelin 5-6-da

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  sabah Türkiyə və Azərbaycana səfər edəcək. 
 
Maide.Az İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın Xarici İŞlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. 
 
B.Qasimi deyib ki,   M.C.Zərif sabah Türkiyəyə səfər edəcək. “O, aprelin 4-də Rusiya, İran və Türkiyə prezidentlərinin  Ankarada Suriyada yeddi ildir davam edən müharibəyə dair zirvə toplantısında iştirak edəcək. 
 
B.Qasimi deyib ki, aprelin 5-də İran XİN başçısı Azərbaycan Respublikasına səfər edəcək. “Bakıda keçirilən Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin XİN başçılarının iclasında iştirak edəcək. Daha sonra  aprelin 6-da günün ikinci yarısı Naxçıvan MR-ə səfər edəcək.  Bu səfər Naxçıvan rəhbərliyinin rəsmi dəvəti ilə baş tutacaq.”
 

Google+ WhatsApp ok.ru