İran parlamenti Azərbaycanla imzalanmış sazişi təsdiqləyib 08 Dekabr 2016 02:00 Xəbərlər İran parlamentində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiqlənməsi haqqında qanun layihəsi müzakirə edilib. APA-nın Tehran bürosunun məlumatına görə, səsvermə zamanı parlament üzvlərindən 154-ü sənədin lehinə, 10-u əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb. Saziş 1 müqəddimə, 17 maddədən ibarətdir və 2016-cı il fevral ayında Tehran şəhərində imzalanıb. Teqlər : #İran parlamenti Azərbaycanla imzalanmış sazişi təsdiqləyib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə növbəti PKK əməliyyatı: 6 ölü Qiymətlər qalxdıqca gömrük məntəqələrində münaqişələr də çoxalır-VIDEO