İran səfirinin Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin 19 may 2015 –ci il tarixində Bakı şəhəri Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.
Maide.az İranın azərbaycandakı səfirliyinə istinadən məlumat verir ki, Səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirmişdir.
Möhsün Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir. /

Google+ WhatsApp ok.ru