İran XİN rəsmisi: “Yeni səfirimiz tezliklə Bakıda fəaliyyətə başlayacaq”

İran XİN rəsmisi: “Yeni səfirimiz tezliklə Bakıda fəaliyyətə başlayacaq”

 
“Suriyadakı böhranın həlli üçün çox vaxt lazımdır. Hələ də ümid edirik ki, bu böhranın həlli ilə bağlı çıxış yolu tapılacaq”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. 
 
B. Qasimi deyib ki, İranla Rusiya Suriya məsələsində sıx əməkdaşlıq edir: “Ölkələrimiz arasında strateji əməkdaşlıq var. Hərbi sahədə də əməkdaşlığımız yaxşı səviyyədədir”. 
 
İranın Azərbaycandakı yeni səfirinin fəaliyyətə başlaması məsələsinə gəldikdə isə B. Qasimi deyib ki, artıq müvafiq prosedur görülüb və tezliklə yeni səfir Bakıya gedəcək və işinə başlayacaq. /

Google+ WhatsApp ok.ru