İraqda İmam Hüseyn (ə) ziyarətçiləri və əzadarlarına qanlı hücum

İraqın paytaxtı Bağdad şəhərində İmam Hüseyn (ə) ziyarətçiləri və əzardarlarına terroristlər tərəfindən iki dəfə qanlı hücum olub.

Maide.az-ın Əl-Aləm kanalına istinadən məlumatına görə,  ötən gün  İraqın paytaxtı Bağdad şəhərinin şimalında  yerləşən "əş-şəəb" regionunda İmam Hüseyn (ə) ziyarətçiləri və əzardarlarına terroristlər tərəfindən iki dəfə qanlı hücum olub.
Terror nəticəsində onlarla insan şəhid olub və yaralanıblar.
Bu xəbərə görə paytax Bağdadın cənubunda "məhmudiyyə" regionunda da İmam Hüseyn (ə) ziyarətçilərinin piyada karvanları yolunun üstündə bomba qoyulmuş maşının partlaması nəticəsində şəhid olanlar və yaralananlar var. /

Google+ WhatsApp ok.ru