İraqın baş naziri ABŞ-a gedir

İraqın baş naziri Heydər əl İbadi aprel ayında ABŞ-a səfər edəcək.
Səfər çərçivəsində baş nazirin ABŞ prezidenti Barak Obama ilə görüşəcəyi bildirilir.
Ağ Evin rəsmi internet səhifədində yayımlanan açıqlamada, aprel ayının 14-də Obamanın İraq baş nazirini qəbul edəcəyi qeyd olunub.
Görüş zamanı İŞİD-ə qarşı aparılan əməliyyatların strateji istiqamətləri və iki ölkə arasındakı əlaqələr müzakirə ediləcək. Eyni zamanda açıqlamada, ABŞ və İraq arasında bir çox sahələrdəki əlaqələrin də müzakirə olunacağı qeyd olunmuşdur.deyerler/
 

Google+ WhatsApp ok.ru