İraq və Türkiyə arasında yeni sərhəd-buraxılış məntəqəsi açılacaq

İraq və Türkiyə arasında yeni sərhəd-buraxılış məntəqəsi açılacaq

-- Hazırda bu sahədə qarşılıqlı müzakirələr aparılır...

İraq və Türkiyə arasında yeni sərhəd buraxılış məntəqəsi fəaliyyət göstərəck. 
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, iki ölkə arasında hazırda bu sahədə qarşılıqlı müzakirələr aparılır.  Bunu Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldız deyib. 
 
"Şimaldakı (IKBY) proseslər (referendum) bizə bunu göstərdi; Türkiyə və İraq tək sərhəd-buraxılış məntəqəsinə kifayətlənməməlidir.",-deyə səfir bildiri. 
 
Səfir Ovaköy yeni sərhəd-buraxıış məntəqəsinin İraqla ticarətin inkişafı baxımından çox önəmli  rol oynayacağını vurğulayıb.  “Bizim ən önəm verdiyimiz məsələrdən biri  İbrahim Xəlil (Habur) buraxılış məntəqəsindin  statusunun müəyyənlənməsi və bu məntəqənin  üzərində yetkinin Bağdad hökumətində olmasıdır.”
 
F.Yıdız deyib ki,  Övaköy sərhəd-buraxılış məntəqəsi ilə bağlı  texniki heytələrin müzakirələri  aparılır. “İraq tərəfindən  bu buraxılış məntəqəsi  açıldıqdan sonra  Fişhaburdan Bağdada  olan 570 kilomterlik yol sərhədə kimi uzanacaq və Türkiyə ilə İraqın Bağdad şəhərini birləşdirəcək”. 
 

Google+ WhatsApp ok.ru