RATİ-nin ofisi möhürləndi (Foto)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisi möhürlənib

Bu barədə “İslamazeri.az” saytına təşkilatın hüquqşünası Günay İsmayılova məlumat verib.  

G. İsmayılovanın sözlərinə görə, bu gün saat 11 radələrində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə idarəsinin QHT-rə qarşı açılmış cinayət işləri üzrə istintaq qrupunun üzvü müstəntiq İqbal Hüseynov  RATİ-yə gələrək, ofisi möhürləyəcəyini bildirib.

“Müstəntiq ofisə gələrkən ofisdə kimsə olmayıb. Mən gəldim və İqbal Hüseynovdan hansı əsasla möhür vurduğunu ondan soruşdum. O dedi ki, axtarış aparılıb, avadanlıq müsadirə edilib, ona görə də möhürlənməlidir” deyən hüquqşünas blogger Mehman Hüseynovun Bakıda olduğunu, səhhətində problemlərin yarandığını bildirib.

“Mehman səhhətindəki problemlə bağlı müalicə alır. Telefonu sındığı üçün  zənglərə cavab verə bilmir. Səhhətindəki problemlər aradan qalxdıqdan sonra özü ictimaiyyətə məlumat verəcək” deyə İsmayılova bildirib.

Xatırladaq ki, avqustun 9-da prokurorluq əməkdaşları RATİ-nin ofisində axtarış aparıblar. Axtarışdan sonra RATİ-nin avadanlıqları müsadirə edilərək aparılıb. islamazeri /


 

Google+ WhatsApp ok.ru