Rauf Arifoğlu `Azadlıq` qəzetini məhkəməyə verib 17 Dekabr 2014 02:00 Xəbərlər “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzeti ilə bağlı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Yasamal rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, iddia ərizəsi hakim Ayaz Məmmədovun icraatına verilib. İş üzrə məhkəmənin başlanma vaxtı təyin edilməyib. Qeyd edək ki, bir müddət əvvəl APA-ya açıqlama verən R. Arifoğlu bildirib ki, “Azadlıq” qəzeti ona qarşı davamlı olaraq təhqir kampaniyası apardığı üçün lazımi materiallar toplanaraq məhkəməyə təqdim olunacaq. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri və fəalları ilə bağlı məhkəməyə müraciət edəcəyini də söyləyib: “Hələ ki yalnız “Azadlıq” qəzetini məhkəməyə verirəm. Daha sonra AXCP funksionerləri və fəallarının sosial şəbəkələrdə haqqımda apardıqları böhtan-təhqir kampaniyası ilə bağlı faktlar da toplanaraq məhkəməyə təqdim olunacaq”. / Teqlər : #Rauf Arifoğlu `Azadlıq` qəzetini məhkəməyə verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tehranda Quran tərcümələri sərgisi keçirilir Azərbaycan məscidlərində mühafizə sistemi gücləndirilir