Real vaxt rejimində izlənilə bilən “ağıllı” çamadan təqdim edilib

Real vaxt rejimində izlənilə bilən “ağıllı” çamadan təqdim edilib

Mütəxəssislər “GPS” vasitəsilə real vaxt rejimində izlənilə bilən “E-Case” adlı “ağıllı” çamadan yaradıb.   
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, “ağıllı” çamadanın yaradılmasına səbəb səyahətlər zamanı hazırda müasir dünyada böyük problemə çevrilən əşyaların itirilməsi olub.  
 
Məlumata görə, qiyməti 250 dollar təşkil edən yeni qurğu alıcılara üç müxtəlif ölçüdə və beş rəng çalarında təklif olunur. Bazarda “ağıllı” məhsullar mövcud olsa da, onlar istifadəçiləri yalnız baqaj itəndən sonra məlumatlandırırlar. “E-Case” çamadanının qlobal “GPS” sistemi ilə təchiz olunması sayəsində baqajı smartfonda real vaxt rejimində izləmək mümkün olur.
 
“E-Case”, həmçinin əlavə təhlükəsizlik üçün “Bluetooth” ilə təkmilləşdirilmiş rəqəmli bloklama və barmaq izi skaneri ilə təchiz edilib. Bundan başqa, qurğunu mətnli bildiriş vasitəsilə məsafədən blokdan çıxarmaq olar. /

Google+ WhatsApp ok.ru